Berlin metrosunu partlatmağa çalışdırlarbackend

Berlin metrosunu partlatmağa çalışdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 30-da Almaniyada – Berlin metrosunun Neukölln stansiyasında əlində çanta olan bir nəfər ətrafdakı insanlarda şübhə doğurub.

Editor.az bildirir ki, bu barədə “Bild” xəbər verir. Polis əməkdaşları şübhəli şəxsi yoxlamağa çalışıblar. Lakin o, çantanı yerə ataraq qaçdı. İçərisində bozumtul maddə, plastik şüşə və naqillər olan kağız torba olub.

Mütəxəssislər bu maddənin islamçı terrorçuların tez-tez istifadə etdiyi partlayıcı maddə olan triaseton tripeoksid olduğunu müəyyən ediblər. Sürtünmə, zərbə və ya qığılcımlar onun dərhal partlamasına səbəb ola bilər. “Welt2in məlumatına görə, çantada 530 q partlayıcı olub. O, parkda zərərsizləşdirilib.

“rbb24” xəbər verir ki, şübhəli hələ də axtarışdadır. Polisin məlumatına görə, onun boyu 1,85-1,90 m, arıq bədən quruluşlu və saqqallıdır. “Welt” onun fotosunu dərc edib.

//Samir Qurbanov, Editor.az