Berlində Ukrayna üçün dron istehsal ediləcəkbackend

Berlində Ukrayna üçün dron istehsal ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın PUA istehsalçısı “Frontline Robotics” və Almaniyanın müdafiə startapı “Quantum Systems2, ildə onlarla döyüş dronu istehsal etməyi planlaşdıran birgə müəssisənin yaradıldığını elan ediblər. “Quantum Frontline Industries” (QFI) dronları Ukrayna Müdafiə Nazirliyi üçün istehsal edəcək və istehsalı Almaniyada həyata keçiriləcək.

Birgə müəssisənin baş direktoru Matthias Lehnanın sözlərinə görə, bu sifarişlərin ümumi dəyəri yüz milyonlarla avro təşkil edəcək. QFI “Linza” logistika və döyüş PUA-ları, “Zoom” kəşfiyyat PUA-ları və “Burya” muxtar döyüş modulları istehsal etməyi planlaşdırır. Alman mediasının məlumatına görə, “Frontline Robotics” və “Quantum Systems” arasında bağlanan müqavilə Ukrayna və Almaniya arasında daha geniş müdafiə əməkdaşlığının bir hissəsi ola bilər.

“Bild” qəzeti bu cür təchizatla məşğul olan şirkətlər üçün daha sıx inteqrasiya və investisiya zəmanətləri təmin edən bu cür əməkdaşlıq üçün on bəndlik plan barədə məlumat verib.

//Samir Qurbanov, Editor.az