İtaliyanın keçmiş baş naziri və Rusiya prezidenti Vladimir Putinin dostu Silvio Berluskoni Rusiyanın Ukraynaya təcavüzünü pisləyib.
Bu barədə Editor.az “La Repubblica”ya istinadən məlumat verir. Berluskoni deyib: “Mən Putinin qərarlarından məyus oldum və üzüldüm, Buçada hərbi cinayətlər törədilib və Rusiya bunu inkar edə bilməz. Biz müharibə vəhşiliklərinə son qoymalıyıq və İtaliya hamı üçün məqbul olan kompromis əldə etmək üçün çalışmalıdır.” Sonda keçmiş baş nazir “Ukraynanın azadlığı təmin edilməlidir” –deyib.
Editor.az

