Bernardo Silva “Barselona”da oynamaq istəyirbackend

Bernardo Silva “Barselona”da oynamaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin ulduz futbolçularından olan Bernardo Silva transfer məsələsi ilə gündəmə gəlib. Editor.az “sporx”a istinadən xəbər verir ki, portuqaliyalı ulduz gələn mövsüm İspaniyanın “Barselona” klubunda oynamaq istəyini bildirib. Silvanın meneceri onun bu arzusunu “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola ilə də bölüşüb.

Qvardiola isə onun klubda qalmaq istədiyini bildirib. Bundan əlavə olaraq “Mançester Siti” klubu Silvaya qarşılıq 100 milyon avro tələb edib. “Barselona” isə oyunçu üçün sadəcə 60 milyon avro ödəyəcəyini bildirib.

Qeyd edək ki, arxada qoyduğumuz mövsümdə Silva “şəhərlilər”in heyətində 50 oyunda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az