Bərzani savaşın anonsunu verdi: “Ən qısa vaxtda qisasımızı alacağıq”backend

Bərzani savaşın anonsunu verdi: “Ən qısa vaxtda qisasımızı alacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şimali İraq Kürd Regional Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzani İŞİD terror təşkilatının ötən gün Mahmurda həyata keçirdiyi 10-u peşmərgə, 3-ü mülki olmaqla 13 nəfərin həyatını itirdiyi hücumla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, İŞİD-ə ən qısa vaxtda cavab veriləcəyini bildirib.
“Millətimizi qorumaq, müdafiə etmək və Peşmərgə Qüvvələri ilə bağlı narahatlıq yaratmamaq üçün müdafiə səylərini inkişaf etdirmək lazımdır”, – Bərzani deyib.
Məsud Bərzani millətinin qisasının ən qısa vaxtda alınacağını bildirib:
“Tezliklə şəhidlərimizin qisasını düşməndən almalıyıq”.
Muxtariyyətin baş naziri Nərçivan Bərzani isə beynəlxalq birliyə müraciət edərək, İŞİD-ə qarşı hərəkətə keçməyə çağırıb.