Ərəb Liqasının baş katibinin müavini Husam Zəki fevralın 20-də Qahirədə keçiriləcək Ərəb Liqasının fövqəladə sammitindən əvvəl beş ərəb ölkəsinin Fələstini müzakirə etmək üçün bir araya gələcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, Ər-Riyadda keçiriləcək görüşdə Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iştirak edəcək.
Misirin Ərəb Zirvəsinə təqdim olunacaq ideya və təklifləri ilə bağlı bu dəfə öz aralarında koordinasiya etmək üçün bir araya gələcəklərini ifadə edən Zeki, görüşə Fələstini də dəvət etməyin mümkün olduğunu vurğulayıb.
Misir Xarici İşlər Nazirliyi fevralın 9-da verdiyi bəyanatda fevralın 27-də Qahirədə keçiriləcək sammitin Ərəb Liqasının Baş Katibliyi və sammitin hazırkı sədri Bəhreyn Krallığı ilə razılaşdırılaraq keçiriləcəyini bildirib.
//Gülnarə Abasova, Editor.az