“Beş mərtəbə” yenidən “avtoş”ların məkanına çevrildi – VİDEObackend

“Beş mərtəbə” yenidən “avtoş”ların məkanına çevrildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beş mərtəbə” deyilən dairə yenidən “avtoş”ların məkanına çevrilib.

Təhlükəli hərəkətlər etmək istəyən daha bir sürücü əraziyə gəlib və məhz orada hərəkət iştirakçıları üçün qəza riski yaradıb.

Həmin görüntülər yayıldıqdan sonra DYP Bakı şəhərində “avtoş”ların məkanına çevrilən əraziləri nəzarətə götürüb.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, belə kadrlar yayılan kimi yol polisi nəzarətə götürür və sürücünü tez bir zamanda aşkar edirlər.

Bənzər hadisə Nəsimi rayonu, Cavadxan küçəsində də olub. 4-cü mikrarayon dairəsi ətrafında axşam saatlarında taksi sürücüsü avtoxuliqanlıq edir. Onun da görüntüləri ərazidəki Təhlükəsiz Şəhər Kameralarına düşüb. Qeyd edək ki, yol polisi paytaxt ərazisində ən çox belə hərəkətlər yol verilən küçə və prospektlərə nəzarəti artırıb.

Araz Əsgərli qeyd edək ki, sözügedən ərazidə avtoxuliqanlıq edən sürücüsü Məhyəddin Cəbiyev müəyyən edilərək saxlanıb. Onun barəsində protokol tərtib edilib. Sənədlər toplanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücüyə 500 manat məbləğində cərimə tətbiq edilib, eləcə də o, bir il müddətinə sürücülük hüququndan məhrum olunub.

Daha ətraflı süjetdə:

//Xezerxeber.az