Beş ölkə Rusiyaya qarşı birləşdi – Anlaşma imzalandıbackend

Beş ölkə Rusiyaya qarşı birləşdi – Anlaşma imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa, Ukrayna və Baltikyanı ölkələr əməkdaşlıq barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, Ukrayna, Polşa, Latviya, Litva və Estoniya prezidentləri Varşavada ilk Polşa konstitusiyasının qəbul edilməsinin 230-cu ildönümü münasibətilə birgə bəyannamə imzalayıblar.

Bəyannamədə keçmiş təcrübələrin (Rusiya təhlükəsi) belə bir əməkdaşlıq formatının qurulması zərurətini ortaya çıxardığı bildirilib. Bu addımın sözügedən ölkələrin ərazi bütövlüyü və suverenliyinin qorunması üçün mühüm olduğu deyilib.

Bundan əvvəl Litva Ukraynanın NATO və Avropa Birliyinə 15 ildən daha tez üzv ola biləcəyini açıqlayıb.

Aprel ayının əvvəlində NATO ittifaqın Ukrayna ordusunu inkişaf etdirməsinə və islahatlar aparmasına kömək edəcəyini, bunun sayəsində Kiyevin Avroatlantik istiqamətdə daha təsirli hərəkət edə biləcəyini bildirib.