Aİ Şurası beş Rusiya vətəndaşına qarşı insan haqlarını pozmaqda ittiham edərək sanksiya tətbiq edib.
Bu barədə Şuranın rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Sənəddə deyili: “Aİ Şurası beş Rusiya vətəndaşına qarşı qadağanedici tədbirlər həyata keçirib”.
Bəyanatda bildirilir ki, beş Rusiya vətəndaşı ciddi insan haqları pozuntularına və vətəndaş cəmiyyəti və demokratik müxalifətə qarşı repressiyalara görə məsuliyyət daşıyır. Qara siyahıya düşən Rusiya vətəndaşlarının adları qərarın Aİ-nin rəsmi jurnalında dərcindən sonra iyulun 16-da açıqlanacaq.
//Gülnarə Abasova, Editor.az

