Beş rusiyalı alpinist Himalay dağlarında 7600 m hündürlükdən yıxılaraq öldübackend

Beş rusiyalı alpinist Himalay dağlarında 7600 m hündürlükdən yıxılaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş rusiyalı alpinist Nepalda Caulaqiri dağına qalxarkən həlak olub. Xilasetmə əməliyyatının rəhbəri Mingma Şerpa “The Himalayan Times”a bildirib. Alpinistlərin 7600 m hündürlükdən yıxıldığı ehtimal edilir.

Ölənlər Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko və Dmitri Şpilevoydur. Oktyabrın 6-da düşərgəni tərk etdikdən sonra onlar əlaqə saxlayıblar. Onların komandasının digər üzvü Valeri Şamalo yüksəliş cəhdindən imtina edib. O, müstəqil şəkildə 6100 m hündürlükdəki düşərgəyə enib və oradan təxliyə edilib, – Rusiya alpinist icmasının nümayəndəsi Anna Piunova bildirib.

TASS xəbər verir ki, Rusiyanın Nepaldakı səfirliyi alpinistlərin ölümü ilə bağlı məlumatın daxil olduğunu təsdiqləyib.

//Samir Qurbanov, Editor.az