Beş tələbə qız Kollecdən qovuldu: Hicab taxdıqlarına görəbackend

Beş tələbə qız Kollecdən qovuldu: Hicab taxdıqlarına görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Novocerkassk Tibb Kollecində beş tələbə “daxili qaydaları pozduqlarına”, daha doğrusu hicab taxdıqlarına görə xaric edilib.

Təşkilat qızların kollecdə təhsil almaq hüququnu müdafiə etmək niyyətindədir.

Editor.az bildirir ki, bu barədə Rusiya Milli Hüquqşünaslar Assosiasiyasının (MHA) məlumat verib. Təşkilatın məlumatına görə, tələbələr Çeçenistan Respublikası və Dağıstan vətəndaşlarıdır. Onlar kollecdə heç bir dini ayin icra etmədiklərini bildiriblər: “Sərəncamda deyilir ki, biz daxili nizam-intizamı pozuruq: biz dini atributlu paltar geyinirik, baxmayaraq ki, geyimimizdə dini ifadə edən heç bir atribut yoxdur”, – qızlar ictimaiyyət üçün lentə alınan videomüraciətdə bildiriblər.

Tələbələrin maraqlarını müdafiə edən hüquqşünasın sözlərinə görə, kollec rəhbərliyi dinindən asılı olmayaraq tələbələrin təhsil almaqla bağlı konstitusiyon hüquqlarını pozub. Halbuki kollecin binalarından birində “Allah Anası”nın çadralı təsviri olan ikona yerləşdirilib.

//Samir Qurbanov,Editor.az