Rusiya lideri Vladimir Putin Moskvada suriyalı həmkarı Bəşər Əsədi qəbul edib.
Editor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verib. Görüş zamanı Putin Əsədin Yaxın Şərqdəki vəziyyətin inkişafı ilə bağlı fikrini öyrənmək istədiyini qeyd edib. O, vurğulayıb ki, bu gün vəziyyət gərgindir və bu, Suriyaya da təsir edə bilər.
Rusiya prezidenti Moskva ilə Dəməşq arasında ticarət-iqtisadi əlaqələrdən danışmaq istəyini ifadə edib. Eyni zamanda, o, perspektivli sahələrin olduğunu qeyd edib. Əsəd də öz növbəsində Rusiya və Suriyanın çox çətin sınaqlardan keçdiyini, lakin dövlətlər arasında münasibətlərin etimad səviyyəsini qoruduğunu bildirib.
Suriya prezidenti əlavə edib ki, Putinlə hadisələrin inkişafının bütün təfərrüatlarını, həmçinin mümkün perspektivləri və ssenariləri müzakirə etmək niyyətindədir.
//Samir Qurbanov, Editor.az

