Suriya prezidenti Bəşər Əsəd ölkədə gərginliyin artması fonunda Türkiyə ilə danışıqlar üçün imkanlar axtarmağa başlayıb.
Türkiyə mətbuatının yazdığına görə, Əsəd iki vasitəçi vasitəsilə Türkiyə hakimiyyəti ilə körpülər qurmağa çalışır. Qeyd olunur ki, bu, əvvəllər Türkiyədən yardımdan imtina edən Suriya rəhbərliyinin siyasətində prinsipial olaraq yeni dönüşdür.
Qeyd edək ki, münaqişə noyabrın 27-də qızışıb. “Cəbhət ən-Nusra” qruplaşmasının hərbiləşdirilmiş qüvvələri Suriyanın şimalında hücuma keçib. Hələb bölgəsində hökumət qoşunlarının silahlılarla toqquşduğu bildirilir.
//Samir Qurbanov, Editor.az

