Bəşər Əsəd üçün beynəlxalq həbs qərarıbackend

Bəşər Əsəd üçün beynəlxalq həbs qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Suriya prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq həbs əmri verib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, ədliyyə mənbələrinə əsaslanan xəbərdə bu qərarın Əsədin 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan hücumlarda hərbi cinayətlərdə iştirak etdiyi əsas götürülərək verildiyi bildirilib.

Əsədin qardaşı, Suriya Elit Hərbi Birliyinin de-fakto rəisi Maher və 2 Silahlı Qüvvələrin generalı haqqında da həbs qərarı çıxarılıb.

İstintaq Suriya Media və İfadə Azadlığı Mərkəzi və Açıq Cəmiyyət Ədalət Təşəbbüsünün şikayəti əsasında başlayıb.

Suriya Media və İfadə Azadlığı Mərkəzinin prezidenti Mazen Dərviş Əsədin həbsinə order verilməsini çox böyük hadisə kimi şərh edib.

Dərviş müstəqil bir məhkəmə orqanı kimyəvi hücumun Əsədin xəbəri olmadan baş verə bilməyəcəyini, onun məsuliyyət daşıdığını və məsuliyyət daşımalı olduğunu deyib.

//Səbinə Hüseynli, Editor.az