Bəşər Əsədi devirmək üçün hücumda iştirak edən Suriya silahlı qüvvələri Suriya Müdafiə Nazirliyinə qoşulmağa razılaşıblar.
Razılıq “Həyat Təhrir əl-Şam”ın lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Culani kimi tanınır) ilə qrup komandirləri arasında keçirilən görüşdən sonra əldə olunub. AFP-nin qeyd etdiyi kimi, görüşdən sonra dərc edilən fotoşəkildə Əhməd əl-Şaraa kürd qüvvələrinin nümayəndələri istisna olmaqla, Suriyada fəaliyyət göstərən bir neçə qruplaşmanın liderlərinin əhatəsində dayanıb. Eyni zamanda, HTS rəhbəri ölkədə “dövlət tərəfindən idarə olunmayan silahların”, o cümlədən kürd qüvvələrinin qarşısının alınması planlarından danışıb.
Dekabrın 22-də Əhməd əl-Şaraa bildirib ki, silahlı qruplaşmalar Suriyada yalnız Müdafiə Nazirliyinin nəzarəti altında mövcud ola bilər. Onun sözlərinə görə, bir çox komandirlər hökumət əleyhinə qüvvələrin hücumu başlamazdan əvvəl də bu şərtlə razılaşıblar. Keçid hökumətində Müdafiə Nazirliyinə Murhaf Əbu Kəsra (ləqəbi Əbu əl-Həsən əl-Həmavi ilə tanınır) rəhbərlik edəcək – o, HTŞ-nin hərbi qanadının komandiri olub.
//Samir Qurbanov, Editor.az

