Bəşər Əsədin apara bilmədiyi sərvət: Suriyada 26 ton qızıl qalıbbackend

Bəşər Əsədin apara bilmədiyi sərvət: Suriyada 26 ton qızıl qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya Mərkəzi Bankının anbarında Ərəb Respublikasının yeni hakimiyyət orqanlarının əldə edə bilmədiyi 26 tona yaxın qızıl qalıb.

Editor.az bildirir ki, bu barədə “Reuters”in materialında deyilir. Agentliyin məlumatına görə, ölkənin qızıl ehtiyatları 2011-ci ildən bəri dəyişməyib. Qalan qızılın dəyəri 2,2 milyard dollar olaraq qiymətləndirilir.

Dünya Qızıl Şurasının məlumatına görə, əvvəllər ölkədəki böhrandan istifadə edən talançılar Mərkəzi Bankın kassalarından birinə girərək Suriya funtlarını çıxarıblar. Lakin qızıl ehtiyatına giriş ciddi təhlükəsizlik tədbirləri səbəbindən əlçatmaz olub: giriş üçün xüsusi kod və müxtəlif insanların əlində olan üç açar tələb olunur. Bundan əlavə, saxlama anbarı nəzarət edilən partlama cəhdlərindən qorunur və bu, lazımi giriş vasitələri olmadıqda onu demək olar ki, keçilməz edir.

Bir gün əvvəl Britaniyanın “Financial Times” qəzeti məxfi sənədlərə istinadən yazıb ki, Suriya Mərkəzi Bankı 2018-2019-cu illərdə təxminən 2 ton ağırlığında və 100 dollar və 500 avro nominalında əskinasları təyyarə ilə Moskvaya göndərib.

//Samir Qurbanov, Editor.az