“Beşiktaş” Emirhana alternativ oyunçu tapdıbackend

“Beşiktaş” Emirhana alternativ oyunçu tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul təmsilçisi “Beşiktaş”ın heyətində parlaq oyunu ilə yadda qalan İlkhan Emirhanın İtaliyanın “Torino” klubuna keçməsi üçün saylı günlər qalıb. Bu mövsümdə hədəfi çempionluq olan “qara-qartal” ondan qalan boşluğu doldurmaq üçün artıq oyunçu tapıb. Editor.az “sporx” a istinadən xəbər verir ki, “ağ-qaralar” “Sivasspor”da forma geyinən Kerem Atakan Kesgini transfer etmək üçün danışıqlara başlayıb.

Qeyd edək ki, Kesginin Sivas təmsilçi isə 30 iyun 2023-cü ilə qədər müqavilə var. 10 nömrə ilə çıxış edən gənc futbolçuya məşhur “Transfermakt” saytı 1 milyon avro qiymət müəyyən edib.

//Nəzərbəy Hacıağayev, Editor.az