“Beşiktaş” əvəzinə İsveçrə təmsilçisinə transfer olacaqbackend

“Beşiktaş” əvəzinə İsveçrə təmsilçisinə transfer olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Türkiyənin “Bandırmaspor” klubunda çıxış edən Filpp Keni “Beşiktaş”a transfer olacağı ilə bağlı xəbərlər yayılmışdı. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “qara qartal” sol cinahında boşluğu görmək üçün Keninin transferindən imtina edib. Hətta “Beşiktaş”ın “Bandırmaspor”la razılaşsa da bu transfer baş tutmayıb. Ancaq buna baxmayaraq Kenini yenə transfer etmək istəyən klub peyda olub. Belə ki UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində təmsilçimizə məğlub olan “Zürix” onu heyətində görmək istəyir. Bundan əvvəl Rusiyanın “Spartak” klubu da Keni ilə maraqlanırdı.

Qeyd edək ki, 23 yaşlı futbolçu son mövsümdə “Bandırmaspor”un heyətində 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az