“Beşiktaş”ın hədəfi Avropa Konfrans Liqasıdırbackend

“Beşiktaş”ın hədəfi Avropa Konfrans Liqasıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Superliqasının bitməsinə üç tur qalıb və “Beşiktaş” komandası turnir cədvəlinin 6-cı pilləsində yer alır.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qar qartallar” 5-ci pillədə olan “Alanyaspor”dan 1 xal geridədir. Eyni zaman a Avrokuboklara vəsiqəni təmin edən “İstanbul Başakşəhər”lə “Beşiktaş” arasında 6 xal fərqi var. Türkiyə çempionluğu təmin edən “Trabzonspor” əgər Türkiyə kubokuna da sahib olsa Super Liqada beşinci pillənin sahibi UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirak etmək hüququ qazanır. İstanbul təmsilçisinin baş məşqçisi bütün hədəflərinin avrokuboklarda oynamaq olduğunu bildirib.

Qeyd edək ki, “Beşiktaş” mayın 8-də digər İstanbul nəhəngi “Fənərbaxça”ilə səfərdə üz-üzə gələcək.

//Nəzərbəy, Editor.az