“Beşiktaş” Valentin Rosieri cərimələdibackend

“Beşiktaş” Valentin Rosieri cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beşiktaş” “Fənərbaxça” ilə derbi oyununda cəzalanan Valentin Rosieri cərimələyib.

Editor.az “Sporx” a istinadən xəbər verir ki, klub prezidenti Ceyhun Kazancı oyunçu ilə görüş keçirib və klubun intizam təlimatlarına uyğun olaraq fransız futbolçu 10 min avro cərimələnib.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Super Liqasının 36-cı turu çərçivəsində gələn həftə “Fənərbaxça”nı qəbul edəcək. UEFA Avropa Konfrans Liqasına vəsiqə qazanmaq üçün bu oyunda “qara qartalar”a mütləq qələbə lazımdır.

//Nəzərbəy, Editor.az