“Trampın tarifləri və Çinin cavab rüsumlarından sonra artan ticarət müharibəsi nəticəsində Çin ilə ticarət əlaqələri tamamilə kəsilə bilər”.
Editor.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bessent ABŞ və Çin arasındakı ticarət gərginliyi ilə bağlı verdiyi açıqlamada bele deyib.
Bessent, Çin məhsullarına tətbiq edilən mövcud gömrük rüsumlarının arzuolunan bir vəziyyət olmadığını vurğulayaraq deyib: “Çində tariflər yüksəkdir, zarafat deyil. Heç kim bu vəziyyətin davamlı olduğunu düşünmür və ya bu tariflərin qalmasını istəmir”.
Xatırladaq ki, aprelin 2-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp digər ölkələrdən idxal olunan mallara “qarşılıqlı” tariflər tətbiq edən sərəncam imzalayıb. Bu vergilərin baza dərəcəsi 10 faiz müəyyən edilib.
Bununla belə, aprelin 9-dan etibarən ABŞ-ın bu ölkələrlə ticarət kəsiri əsasında daha yüksək dərəcələr 57 ölkə üçün qüvvəyə minib. Lakin Tramp aprelin 9-da Çindən başqa bütün ölkələr üçün 90 gün müddətinə 10 faizlik əsas idxal vergisinin tətbiq ediləcəyini elan edərək, 75-dən çox ölkənin cavab vermədiyini və danışıqlar tələb etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az