Beyləqan sakini spirtli içkidən zəhərlənərək ölübbackend

Beyləqan sakini spirtli içkidən zəhərlənərək ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda spirtli içkidən zəhərlənərək ölən şəxsə dəqiqləşdirilməmiş spirtin toksik təsiri diaqnozu təyin edilibmiş.

Bu barədə Editor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Martın 20-də saat 15:00-da zəhərlənmə şübhəsi ilə 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş spirtin toksik təsiri diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 16:20-də ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.