Beyləqanda hərbçi maşını kanala aşırdı – FOTObackend

Beyləqanda hərbçi maşını kanala aşırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda maşın kanala aşıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun kəndində, Yuxarı Qarabağ kanalının kənd ərazisindən keçən hissəsində baş verib. İlkin ehtimallara görə, körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb.

Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılıb. Lakin sürücü maşında olmayıb. Hazırda onun axtarışları aparılır.

Kanala düşən hərbçi 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğludur. Onun axtarışları davam etdirilir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.