Beyləqanda qəza olub, avtomobil yanıbbackend

Beyləqanda qəza olub, avtomobil yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında verilən məlumata görə, “ГАЗ” markalı yük avtomobili və “Tofaş” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.