Beynəlxalq Alyansın sədri Yuri Kuçin ilə görüşübbackend

Beynəlxalq Alyansın sədri Yuri Kuçin ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukraynanın Boqomolets adına Milli Tibb Universitetinin rektoru Yuri Kuçin ilə görüşüb.

Alyansdan Editor.az-a verilən məlumata görə, görüş zamanı universitetdə təhsil alan azərbaycanlı tələbələr haqqında söhbət aparılıb. Eyni zamanda gələcəkdə əlaqələrin daha da genişləndirilməsi, hər iki ölkənin universitetləri arasında tələbə mübadiləsi və təhsil proqramlarının yaradılması haqqında təkliflər müzakirə edilib. Sonda Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Yuri Kuçinə Azərbaycanın milli suvenirini hədiyyə edib.

Qeyd edək ki, Kiyev şəhərində yerləşən ali təhsil ocağı 1841-ci ildən fəaliyyət göstərən Ukraynanın ən qədim tibb təhsil müəssisəsidir. Hazırda Ukraynanın Milli Tibb Universitetində 10 mindən çox tələbə, o cümlədən 56 ölkədən təxminən 1,3 min xarici vətəndaş təhsil alır.

B