Türkiyənin təhlükəsizlik qüvvələri narkotik ticarəti ilə bağlı beynəlxalq axtarışda olan narkobaron Zəfər Ramazanı Mersində saxlayıb
Editor.az bildirir ki, bu barədə TRT Haber telekanalı xəbər verib. Beynəlxalq narkobaronun kəşfiyyatın köməyi ilə tapıldığı qeyd edilir. Təhlükəsizlik qüvvələri Mersinin Mezitli rayonunda Zəfər Ramazanın yaşadığı ünvanı dəqiqləşdirə bilib.
Narkobaronun tutulması əməliyyatı səhər tezdən xüsusi avadanlıq və pilotsuz uçan aparat vasitəsilə təşkil olunub. Zəfər Ramazan ifadəsi alınmaq üçün Mersin İl Təhlükəsizlik Müdirliyinə aparılıb.
//Samir Qurbanov, Editor.az

