Beynəlxalq Boks Federasiyası (ABB) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini rədd etdi: rus idmançılar öz bayrağı və himni ilə çıxış edəcəklərbackend

Beynəlxalq Boks Federasiyası (ABB) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini rədd etdi: rus idmançılar öz bayrağı və himni ilə çıxış edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqradda keçiriləcək boks üzrə Avropa çempionatında Rusiya komandası dövlət bayrağı və himni ilə çıxış edəcək.

Editor.az bildirir ki, bu barədə Rusiya Boks Federasiyasının baş katibi Tatyana Kiriyenko məlumat verib. Turnir aprelin 15-dən 29-dək keçiriləcək. Beynəlxalq Boks Federasiyası (ABB) Ukrayna hadisələri ilə əlaqədar Rusiya və Belarus idmançılarının milli idenfikasiyadan məhrum edilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə əməl etməkdən imtina edib.

Onun turnirlərində hər iki ölkənin boksçuları heç bir məhdudiyyət olmadan mübarizə aparır. ABŞ, Böyük Britaniya, İsveç, İsveçrə, Almaniya, Hollandiya və Filippin boks federasiyaları “World Boxing” adlı yeni beynəlxalq təşkilatın yaradılmasına etiraz olaraq ABB-ni tərk ediblər.

//Samir Qurbanov, Editor.az