Beynəlxalq Cinayət Məhkəməsi Bakının düşmənlərini hədəfə aldıbackend

Beynəlxalq Cinayət Məhkəməsi Bakının düşmənlərini hədəfə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və tərəfdaşları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna məktublarında altı rusiyalı təbliğatçının həbsinə order verilməsini xahiş ediblər.

Bu barədə təşkilatın press-relizində bildirilib.

Hüquq müdafiəçiləri teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, “Rossiya seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselyovun, radio və teleaparıcı Sergey Mardanın, habelə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin həbsinə order verilməsini tələb ediblər.

Təşkilat bu şəxslərin hamısının Ukrayna əhalisinə qarşı nifrətin təbliğatında iştirak etdiklərini bildirib.

FIDH həmçinin hesab edir ki, Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromov (Rusiya televiziyasında dövlət təbliğatına cavabdeh şəxs) da məsuliyyət daşıyır.

Qeyd edək ki, Solovyev və Simonyan Rusiyanın ictimai rəyində Azərbaycana və azərbaycanlılara qarşı neqativ rəy formalaşdırmaq, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdləri ilə tanınırlar.