Beynəlxalq Cinayət Məhkəməsi baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant üçün həbs qərarı çıxara bilərbackend

Beynəlxalq Cinayət Məhkəməsi baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant üçün həbs qərarı çıxara bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri İsrael Kats Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant üçün həbs orderi tələbinin “qalmaqal” və HƏMAS-ın 7 oktyabr hücumu qurbanlarına bərabər olduğunu bildirib.

Editor.az “Reuters”ə istinadən bildirir ki, İsrail diplomatiyasının rəhbəri BCM-nin prokuroru Kerim Xanın hərəkətinə qarşı çıxmaq üçün Xarici İşlər Nazirliyində xüsusi hərbi kabinet açıb. Kabinet İsrailin əl-qolunu bağlamağa çalışan bu addımla mübarizə aparacaq: “Mən dünyanın aparıcı ölkələrinin xarici işlər nazirləri ilə danışmaq niyyətindəyəm ki, onları prokurorun qərarına qarşı çıxmağa çağırsınlar və hətta orderlər verilsə belə, onlardan İsrail liderlərinə qarşı istifadə etmək niyyətinə düşməsinlər”, – Kats bildirib.

//Samir Qurbanov, Editor.az