Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Monqolustana xəbərdarlıq etdi: Vladimir Putini həbs etməyə borclusunuzbackend

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Monqolustana xəbərdarlıq etdi: Vladimir Putini həbs etməyə borclusunuz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin gələn həftə Monqolustana səfər edərsə, həbs olunmalıdır.

Bu barədə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) spikeri doktor Fadi əl-Abdallah BBC-yə verdiyi şərhdə deyib.

Lakin Kreml bu səfərdən “narahat olmadığını” bildirib. “Bizim Monqolustandan olan tərəfdaşlarımızla əla münasibətlərimiz var. Təbii ki, prezidentin səfərinin bütün aspektləri diqqətlə hazırlanıb”, – Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə məlumat verib.

Bununla belə, ICC sözçüsü deyir ki, digər üzv ölkələr kimi Monqolustanın da məhkəmə ilə “əməkdaşlıq etmək öhdəliyi” var. Buraya məhkəmənin 2023-cü ildə Putinin həbsi üçün verdiyi həbs qərarlarının icrası da axildir. Fadi əl-Abdallah deyib ki, BCM hakimləri imzalayan ölkələrin “əməkdaşlıq etməmələri” ilə bağlı işlərə baxacaq və bununla bağlı “məqbul hesab etdiyi tədbirlərlə bağlı” İştirakçı Dövlətlərin Assambleyasına hesabat verəcək.

//Samir Qurbanov, Editor.az