Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasına 32 dövləti əlavə etmək qərarına gəlibbackend

Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasına 32 dövləti əlavə etmək qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Ədalət Məhkəməsi hakimlərinin əksəriyyəti “Soyqırım cinayətinin qarşısının alınması və buna görə cəzalandırılma haqqında” Konvensiyanı pozduğuna görə Ukraynanın Rusiyaya qarşı iddiasına 32 dövləti əlavə etmək qərarına gəlib.

Editor.az bildirir ki, bu barədə cümə günü məhkəmənin mətbuat xidməti məlumat yayıb. BMT ICJ-nin 14 hakiminin birinin əleyhinə səs verərək, Ukraynanın ilkin mərhələdəki iddiasına Macarıstan istisna olmaqla, Avropa İttifaqının 26 üzv dövləti, həmçinin Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç, Lixtenşteyn və Böyük Britaniya da qoşulub.

Eyni zamanda, məhkəmə tərəflərin ilkin etirazları mərhələsində ABŞ-ı Ukraynanın Rusiyaya qarşı iddiasına daxil etməkdən yekdilliklə imtina edib. Rusiya Federasiyasının BMT-nin iki konvensiyasını pozmaqda ittiham olunduğu Ukraynanın Rusiyaya qarşı ilk iddiası üzrə dinləmələr iyunun 6-da başlayıb və iyunun 14-də başa çatacaq. Müvafiq qərar potensial olaraq 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində verilə bilər.

//Samir Qurbanov,Editor.az