“Beynəlxalq ictimaiyyət nəhayət ki, Ermənistanın əsl simasını yavaş-yavaş görür”- Millət vəkilindən ŞƏRHbackend

“Beynəlxalq ictimaiyyət nəhayət ki, Ermənistanın əsl simasını yavaş-yavaş görür”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın dünyaca məşhur “Forbes” nəşri Azərbaycan və Ukraynadakı mina problemi ilə bağlı məqalə dərc edib. Məqalədə mina probleminin kənd təsərrüfatı üçün təhdidindən də söz açılır. Eləcə də məqalədə Azərbaycanın üzləşdiyi mina problemlərinin həlli yolundakı görülən innovativ tədbirlərdən də bəhs edilib.

Forbes Azərbaycan və Ukraynadakı mina problemini vurğulayaraq, bu ölkələrin ən münbit torpaqlarının minalarla çirkləndiyini və bu ərazilərin təmizlənməsi üçün külli miqdarda vəsait tələb olunduğunu diqqətə çatdırıb .

Milli Məclisin deputatı Naqif Həmzəyev Editor.az-a açıqlamasında bildirib ki,44 günlük Vətən müharibəsi ilə Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra yeni problemlərlə üzləşdi:

“İlk növbədə Azərbaycan torpaqları, Qarabağ və Şərqi Zəngəzurda ermənilər daşı daş üstə qoymamışdılar. Bütün tarixi, dini abidələrimiz dağıdılmış, talan edilmiş, infrastruktur məhv edilmişdi. İkinci ən böyük problem bütün meşələr, flora və fauna tamamilə məhv edilmişdir. Bu ərazilərin ekoloji problemlərinin həllinə nail olmaq isə uzun illər tələb edir. Üçüncü ən böyük problem isə Ermənistan tərəfindən torpaqlarımıza minaların basdırılmasıdır. Qarabağ və Şərqi Zəngəzurda abadlıq, yenidən qurma işlərinin daha sürətlə getməsinin qarşını alan, keçmiş məcburi köçkünlərimizin dədə-baba torpaqlarına geri dönməsi prosesini ləngidən əsas məsələ mina problemidir. Çox təəssüflər olsun ki, dünyada ən çox mina ilə çirkləndirilmiş ərazilərdən ilki məhz Azərbaycan torpaqlarıdır. Ermənilər Azərbaycan torpaqlarına təxminən 1 milyondan çox mina basdırıb. Ermənistan Azərbaycana çox çətinliklə də olsa, minalanmış ərazilərin xəritələrini təqdim etsə də sonrada xəritələrin dəqiqliyinin 25 faiz olduğu məlum oldu. Bu isə bizim işimizi daha da çətinləşdirir. Ermənilər ərazilərimizi sadə üsulla minalamayıblar. Onlar minalar üzərində də minalar basdıraraq tələlər qurublar. Minalar mülki əhali üçün həssas olan yerlərə, qəbirsanlıqlara, evlərin qalıqlarının giriş hissələrinə basdırılıb. Bu da mülki əhalinin təlafatına gətirib çıxarır. Son 3 ildə 350-dən çox azərbaycanlı minadan zərər çəkib. Bu isə onu deməyə imkan verir ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı terror hələ də davam etməkdədir”.

N. Həmzəyevin sözlərinə görə, sözügedən nəşrdə mina probleminə geniş yer verilməsi təqdirəlayiqdir:

” Minalanmış ərazilərin kənd təsərrüfatı üçün istifadəsi mümkünsüzdür. Biz tez-tez xəbərlərdən hər hansı bir kəndlinin, əkin aparan traktor, kombaynların minaya düşdüyünü eşidirik. Heyvan otaran çobanlar və yaxud fermer təsərrüfatı ilə məşğul olan şəxslər də minalara tez-tez rast gələrək zərər çəkirlər. Minalar həm “Qarabağa Qayıdış”ı çətinləşdirir, həm də kənd təsərrüfatı məqsədilə istifadəni mümkünsüz edir. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti bu istiqamətdə öz fəaliyyətini daha da gücləndirir. Çoxlu sayda mina təmizləyən qruplar ərazilərimizə cəlb olunur, xüsusi texnikalar alınır. Qardaş Türkiyə də Azərbaycana bu işdə yaxından köməklik göstərir. Həmçinin bir çox beynəlxalq təşkilatların Azərbaycanda minatəmizləmə işinə cəlb edilməsi ilə bağlı çağırışlar davam edir. Artıq İngiltərə bu prosesdə Azərbaycana yaxından dəstək olur. Bir sözlə Azərbaycan bütün gücünü səfərbər edib ki, ərazilərinin minadantəmizlənmə prosesi ən qısa zamanda başa çatsın. Eyni proses Ukraynada da davam etməkdədir. Müharibə hələ də gedir və Rusiya tərəfindən işğal edilmiş daha sonra geri qaytardıqları ərazilərdə də xeyli minala basdırılıb. Bu da istər-istəməz dinc əhalinin zərər çəkməsi ilə nəticələnir. Bu ərazilər daha çox kənd təsərrüfatına yararlı ərazilərdir ki, burda da kənd təsərrüfatı ilə məşğul olmaq artıq çox risklidir. Forbes kimi məşhur jurnalın Azərbaycandakı mina probleminə yer ayırması alqışlanmalıdır. Ümid edirik ki, Forbes kimi məşhur nəşrlər, KİV-lər Azərbaycanın qarşılaşdığı real problemi tez-tez işıqlandıracaq. Beynəlxalq ictimaiyyət nəhayət ki, Ermənistanın əsl simasını yavaş-yavaş görür”.

//Gülnarə Abasova, Editor.az