ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qüvvələrinin yerləşdiyi Bağdad Beynəlxalq Hava Limanından bir qədər aralıda partlayış baş verib.
Editor.az xəbər verir ki, bu barədə İraqın Birgə Əməliyyatlar Komandanlığının sözçüsü Tahsin əl-Xəfaci bildirib. Onun sözlərinə görə, partlayışın mənşəyi hələ müəyyən edilməyib.
Təhlükəsizlik və kəşfiyyat bölmələri hadisənin baş vermə şəraitini müəyyənləşdirir.
Əlavə məlumat daha sonra veriləcək. Mülki hava hərəkəti pozulmayıb, heç bir reys gecikməyib”, – deyə Tahsin əl-Xəfaci (INA-dan sitat gətirir) bildirib. “Shafaq News” portalı mənbələrə istinadən yazır ki, gecə saatlarında ümumilikdə iki partlayış olub. Digəri isə hava limanının yaxınlığında yerləşən İraq Terrorla Mübarizə İdarəsinin qərargahlarından birinin yaxınlığında səslənib.
Son zamanlar Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına hücumlar daha tez-tez baş verir. Avqustun 6-da ABŞ-ın İraqdakı bazasına hücum edilmişdi. Beş Amerika əsgəri yaralanmışdı. Avqustun 14-də də ABŞ-ın Suriyadakı aviabazasına hücum olmuşdu və xəsarət alanlar barədə məlumat verilməmişdi.
//Samir Qurbanov, Editor.az