Beynəlxalq Miqrasiya Təşkilatı: Liviyanın daşqından zərər çəkmiş şəhərlərində 40 min insan evindən didərgin düşübbackend

Beynəlxalq Miqrasiya Təşkilatı: Liviyanın daşqından zərər çəkmiş şəhərlərində 40 min insan evindən didərgin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Liviyada seldən zərər çəkmiş şəhərlərdə təxminən 40 min insanın didərgin düşdüyünü bildirib.

Editor.az xəbər verir ki, IOM özünün media hesabında daşqının baş verdiyi Liviya ilə bağlı yazı paylaşıb. Yazıda BMqT-nin lazımi humanitar yardımın, o cümlədən səhiyyə dəstəyinin göstərilməsi üçün sahədə çalışdığı bildirilib, Liviya üçün daha çox iş görülməli olduğu vurğulanıb.

Qeyd edək ki, Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” fırtınası sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

//Gülnarə Abasova, Editor.az