Beynəlxalq Olimpiya Komitəsi (BOK) məşhur güləşçi Əbdülrəşid Sadulayevi Bakıda keçiriləcək olimpiya lisenziyalı turnirə buraxmadıbackend

Beynəlxalq Olimpiya Komitəsi (BOK) məşhur güləşçi Əbdülrəşid Sadulayevi Bakıda keçiriləcək olimpiya lisenziyalı turnirə buraxmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur güləşçi Əbdülrəşid Sadulayev Bakıda keçiriləcək olimpiya lisenziyalı turnirdə iştirak etməyəcək. Onun əvəzinə Əlixan Cəbrayılov Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq. Bundan əvvəl Sadulayevə Avropa çempionatı üçün Rumıniyaya buraxılmamışdı.

Editor.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib: “Beynəlxalq Olimpiya Komitəsi növbəti psevdoyoxlamadan sonra beynəlxalq yarışlara buraxılmayanların yeni siyahılarını açıqlayıb.

Təəssüf ki, onların arasında ikiqat Olimpiya Oyunlarının qalibi, komandamızın kapitanı Əbdülrəşid Sadulayev də var”, -Federasiya sədri Mixail Mamiaşvili deyib. O, həmçinin qeyd edib ki, Birləşmiş Güləş Dünyası Təşkilatı Sadulayevin turnirə buraxılması üçün əlindən gələni edib, lakin yekun qərarı BOK verib.

//Samir Qurbanov, Editor.az