“Beynəlxalq Qırmızı Xaç Komitəsinin öz öhdəsinə erməniləri Laçın sərhəd-buraxılış məntəqəsindən müşayiət etmək vəzifəsini götürməsi anormal haldır və buna son vermək lazımdır”.
Bu fikri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq BQXK-nın bu fəaliyyətinin arxasında duran səbəblərə diqqət çəkib:
“Bununla burada özünə ehtiyacı olduğu görüntüsü yaratmaq istəyir. Məntəqədən bu günə kimi keçən ermənilərin hamısı məgər hansısa beynəlxalq təşkilatın müşayiəti ilə keçib? Onların əksər hissəsi sərbəst şəkildə məntəqəyə gəliblər və istədikləri istiqamətə sərbəst keçiblər. İndi də bu prosedur eyni ilə qalır. Erməni əhali hər an istədiyi istiqamətdə hərəkət etməkdə sərbəstdir və bunun üçün Azərbaycan tərəfindən heç bir maneə yaradılmır. BQXK isə özünü ortaya atmaqla Azərbaycanın maneə yaratdığı görüntüsü yaradır. Təbii ki, bu addımların arxasında axtarışda olan hansısa ermənini sərhəddən keçirtmək cəhdləri var, amma Azərbaycan bunun qarşısını alır. Cinayət törətdiyinə görə axtarışda olan ya Ermənistan, ya Qarabağ ermənisi sərhəddə təbii ki, həbs olunmalıdır, belə də olur. BQXK fövqəladə hallarda iki ölkənin və Azərbaycan daxili münasibətlərinə dəvətlə qarışa bilər və yardım təklif edə bilər. İndiki durumda isə əhalinin Laçın sərhəd-keçid məntəqəsindən keçməsi üçün heç bir problemin olmadığı bir durumda özünə vəzifə tapması doğru deyil və qarşısı alınmalıdır. BQXK yardım fəaliyyətini Azərbaycan dövlətinin nəzarəti altında ehtiyac olan sahələrdə həyata keçirə bilər”.
//Gülnarə Abasova, Editor.az

