Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları təhlükəsizlik şəraitinin olmaması səbəbindən Qəzza zolağına daxil ola bilmirlər.
Editor.az bildirir ki, bu barədə BQXK-nın Qəzza ofisinin rəhbəri Uilyam Şomburq məlumat verib. Ofis rəhbəri Qəzzada baş verənləri “dözülməz insan faciəsi” adlandırıb. İnsanlar təşkilat “gecə-gündüz” zəng edir, öldürülmək qorxusundan qapını aça bilmədiklərini deyir və təhlükəsiz yerə çatmaq üçün kömək diləyirlər.
“Humanitar işçi kimi mən bu çağırışlara cavab verə bilməyəcəyim üçün məyus oldum, çünki komandalarımız Qəzzanın şimalında səyahət etmək üçün əsas təhlükəsizlik şərtlərinə malik deyillər”, – deyə Şomburq bildirib. BQXK qeyd edir ki, Qəzza zolağında dinc sakinlər ağ bayraqlar dalğalandıraraq həlak olanların cəsədlərinin yanından on kilometrlərlə yeməksiz və susuz keçib gedirlər. Artıq təxliyyə olunanlar üçün qalmağa yer, yemək, su və gigiyena vasitələri çatışmır. “Vəziyyət sürətlə humanitar fəlakətə yaxınlaşır”, – təşkilat hesab edir.
Qeyd edək ki, İsrailin HƏMAS-a qarşı cavab hərbi əməliyyatı keçirməsi fonunda Qəzza zolağında humanitar vəziyyət xeyli pisləşib. Anklavda əksəriyyəti qadın və uşaqlar olmaqla 11 mindən çox insan həlak olub. 27,5 min nəfər xəsarət alıb. Oktyabrın 7-də HƏMAS-ın müharibəyə başladığı İsrailə hücumu nəticəsində 1,2 min israilli ölüb, 5,4 min nəfər yaralanıb, 200-dən çox insan girov götürülüb.
//Samir Qurbanov, Editor.az

