“Beynəlxalq təşkilatlar öz maraqlarına xidmət etdiyi üçün İrana qarşı qəti tədbir görmür”-ŞƏRHbackend

“Beynəlxalq təşkilatlar öz maraqlarına xidmət etdiyi üçün İrana qarşı qəti tədbir görmür”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, İrana qarşı tətbiq edilən ilk qətnamə deyil. Daha əvvəl də dəfələrlə belə qətnamələr qəbul edilib”.

Bu fikirləri Editor.az-a politoloq Samir Hümbətov Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının “İranda insan haqlarının vəziyyəti” adlı qətnamə layihəsi səs çoxluğu ilə təsdiq edilməsinin İrana mümkün təsirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Tehranda insan haqlarının pozulması halları tez-tez baş verir:

“Beynəlxalq birlik tərəfindən bununla bağlı çağırışlar edilsə də bu istiqamətdə heç bir ciddi əməli addımlar atmayıb. Əksinə bu qətnamələri görməzdən gəlib. Düşünürəm ki, bu beynəlxalq hüququn işləməməsindən irəli gəlir. BMT “çəkindirmə və tarazlama” siyasətini həyata keçirə bilmir, ya da bunda maraqlı deyil. Çünki bəzi ölkələrə qarşı daha effektiv fəaliyyət göstərdiyinin şahidi olmuşuq. Beynəlxalq güc mərkəzləri öz işləri yaradığı üçün İrana qarşı hansısa qəti tədbir görmək istəmir”.

Politoloqun fikrincə, həmin qətnamənin qəbul edilməsi də İranın insan haqlarına qarşı apardığı pozucu əməllərdən əl çəkməsinə işarədir:

” Bunun qarşısını almağın ən əsas yolu isə BMT-yə üzv olan ölkələrə İranla münasibətdə qəti mövqe ortaya qoymasını tələb etməkdir. Əgər bu hal baş verməyəcəksə, Tehranın həmin sahələrdəki pozuculuq fəaliyyəti davam edəcək. İrəliləyən zamanlarda İrana qarşı ciddi addımların sərgiləndiyini görə bilərik. Lakin indiki halda bu, real görünmür”.

//Safura Bənnayeva, Editor.az