“Beynəlxalq təşkilatlarda iştirak ölkənin prestijini qaldırır” – Millət vəkilindən AÇIQLAMAbackend

“Beynəlxalq təşkilatlarda iştirak ölkənin prestijini qaldırır” – Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan istər dünyəvi, istərsə də regional iqtisadi inkişaf, beynəlxalq ticarət, innovativ ideyalarla bağlı beynəlxalq təşkilatlarda mühüm yer tutur”.

Bu sözləri Editor.az-a Azərbaycanın xüsusi təşəbbüsü ilə ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə bağlı danışarkən millət vəkili Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu cür təşkilatlarda aktiv iştirak edir və bu dövlətin mühüm siyasətidir:

“Beynəlxalq təşkilatlarda iştirak etməklə həm ölkənin prestijini qaldırır, həm də iqtisadiyyata kifayət qədər təkan verilir.

Nəzərə almalıyıq ki, ölkəmizdə artıq lazımi qədər avto-nəqliyyat, dəmiryolları, o cümlədən hava yolları inkişaf edir. O cümlədən bu istiqamətdə dünya ölkələri ilə bağlanan vacib müqavilələrin də sayı artır. Bu istiqamətdəki inkişaf isə bütövlükdə ölkə iqtisadiyyatına öz müsbət töhfəsini verir”.

//Səbinə Hüseynli, Editor.az