“Bəzi fiziki narahatlıqlar peyvəndin deyil, insanın öz psixikasına təlqin etməsinin təsirindən yaranır”-Psixoloqdan AÇIQLAMAbackend

“Bəzi fiziki narahatlıqlar peyvəndin deyil, insanın öz psixikasına təlqin etməsinin təsirindən yaranır- Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günə qədər edilən bir çox araşdırmalara əsasən pandemiya və sosial təcridlə yanaşı peyvəndlər də insan psixologiyasına mənfi və müsbət təsirini göstərir. İnsanlar peyvənddən sonra müəyyən halları psixoloji olaraq təlqin edir, xüsusilə peyvənd olunan qolda ağrı, hərəkət məhdudluğundan şikayətlənir. Bununla yanaşı peyvəndin daxili orqanlara zərər vura biləcəyi düşüncəsi, insanın öz psixikasına etdiyi mənfi təlqin fiziki olaraq təsirlərin yaranmasına səbəb olur”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq hesab edir ki, bəzi fiziki narahatlıqlar peyvəndin deyil, sırf insanın öz psixikasına təlqin etməsinin təsirindən yaranır:

“Aparılan araşdırmalara əsasən peyvənd olunan şəxslərdə depressiv hallar və təşviş pozuntusu azalmağa doğru gedir. Bu tip insanlar peyvənd olunduqdan sonra özlərini güvəndə hiss edir. Cənubi Kaliforniya Universitetində aparılan bir araşdırmaya görə, COVID-19 peyvəndini aldıqdan sonra insanlarda 15% daha az depressiya yaşanır. Tədqiqatçılar həmçinin, 1 milyon insanın peyvənd olunduqdan sonra psixi sıxıntılarının azalacağını təxmin edir. Peyvəndlər xüsusilə yaşlı nəslin nümayəndələrinin daha az sarsıntı keçirməsinə səbəb olur”.

//Gülnarə Abasova, Editor.az