Ermənistan diplomatiyasının rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları davam etdirirlər.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında müəyyən problemlər var, lakin onların bəziləri ilə bağlı razılıq əldə olunub. Nazir əlavə edib ki, mühüm məsələlərə yanaşma fərqlidir.
Mirzoyan onu da vurğulayıb ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüşün tarixi hələ müəyyən edilməyib. Eyni zamanda o, erkən danışıqlara ümid etdiyini bildirib.
//Samir Qurbanov, Editor.az

