“Bəzi ölkələrin İslamdan yalnız öz maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi istifadə etməsi yolverilməzdir”- Könül Nurullayevabackend

“Bəzi ölkələrin İslamdan yalnız öz maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi istifadə etməsi yolverilməzdir”- Könül Nurullayeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündə ölkəmizin İslam dünyasının daha da birləşməsi üçün çalışdığını bir daha bəyan edib. Rəsmi Bakı islam dünyasının bir parçası kimi bölücülük cəhdlərinin mövcudluğundan təəssüflənir. Təbii ki, bəzi ölkələrin İslamdan yalnız öz maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi istifadə etməsi yolverilməzdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan COP29-un ev sahibi kimi həm də bu platformada türk və islam dünyasını təmsil edir:

“Ümumiyyətlə, son 20 ildə İslam dünyasının layiqli üzvü kimi Azərbaycanın mövqeyi daha da güclənib. İslam sivilizasiyasının mərkəzlərindən biri kimi Azərbaycanın nüfuzu artmaqdadır. Dövlət başçımız müsəlman dünyası ilə əlaqələrə xüsusi önəm verir.

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra isə həm ərazi bütövlüyünü, həm də suverenliyini təmin edən Azərbaycan İslam dünyasının ən güclü üzvlərindən birinə çevrilib.
Azərbaycanın azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Ermənistanla dövlətlərarası münasibətlər qurulmasını özündə ehtiva edən münaqişədən sonrakı sülh gündəliyinə beynəlxalq müstəvidə dəstək də müşahidə olunmaqdadır. Bu mənada İslam dünyasının dəstəyi xüsusi əhəmiyyətə malikdir.
Təsadüfi deyil ki, Azərbaycanın qədim şəhəri, 4 il əvvəl erməni işğalından azad edilən Şuşa şəhəri İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Bu qərar İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq”.

K. Nurullayeva bildirib ki, son 4 ildə – Azərbaycan öz tarixi torpaqlarını azad etdikdən sonra Bakı ilə İslam dünyası arasında əməkdaşlıqda da yeni inkişaf mərhələsi başlayıb:

“Postmünaqişə dövrünün yeni reallıqlarına uyğun davam edən bu əməkdaşlıq bütövlükdə İslam dünyasının daha da güclənməsinə xidmət edir. Azərbaycan müsəlman aləmində birliyin möhkəmləndirilməsinə, İslamın sülh və mədəniyyət dini kimi təbliğ olunmasına mühüm töhfələr verməklə nümunə sərgiləyir”.

//Gülnarə Abasova, Editor.az