Bəzi Qərb ölkələri İsrailə silah satışını azaltmağı təklif edibbackend

Bəzi Qərb ölkələri İsrailə silah satışını azaltmağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri Qəzza zolağında vəziyyətin həllinə nail olmaq üçün İsrailə silah satışını azaltmağı təklif ediblər.

Editor.az bu barədə “Hürriyyət” qəzetinə istinadla xəbər verir. Bildirilib ki, Qərb ölkələri indi İsrailə silah satışını azaltmağı və hətta onun texnologiyaya çıxışını məhdudlaşdırmağı təklif edir.

Qeyd olunub ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası tərəfindən yaradılmış təmas qrupu, həmçinin “bir neçə Qərb dövlətinin” nümayəndələri bu yaxınlarda Ər-Riyadda görüşlər keçirib və “vacib danışıqlar” aparıblar.

Qəzet yazır ki, İsrail ordusuna silah satışını azaltmaqla yanaşı, hava məkanının məhdudlaşdırılması da təkliflər arasındadır.

//Gülnarə Abasova, Editor.az