“SpaceX”, “Tesla” və X sosial şəbəkəsinin milyarder sahibi İlon Mask yenidən qalmaqalın mərkəzindədir. Bu dəfə o, rusların gözəl yumor hissinə malik olduğunu və prezident Vladimir Putinin “pis oğlan olmadığını” söyləyib.
Editor.az bildirir ki, Mask bir fraqmenti sosial şəbəkələrdə yayımlanan X-də yayımlanan verilişdə qalmaqallı açıqlamalar verib. Xüsusilə, milyarder onun haqqında rus xatirələrini bəyəndiyini söyləyib, çünki rusların “xüsusi yumor hissi” var. “Mənim bu uşaqlardan (ruslardan) xoşum gəlir.
Gələcəkdə Rusiya pasportu almağımın əleyhinə deyiləm”, – Mask deyib. Bundan əlavə, biznesmen deyib ki, Putinin diktator və imperialist keyfiyyətlərni kənara qoysaq, onu bəyənir.
“Qərəzliliyi, diktatura vərdişlərini və imperialistliyini bir kənara qoysaq, o, yaxşı oğlandır. Ölkəsini sevir və onun maraqlarına uyğun hərəkət edir”, – iş adamı deyib.
//Samir Qurbanov, Editor.az

