Bəzi yerlərə leysan yağıb, ən yüksək temperatur 36 dərəcə olub – FAKTİKİ HAVAbackend

Bəzi yerlərə leysan yağıb, ən yüksək temperatur 36 dərəcə olub – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 2-si saat 9:00-a olan məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Bildirilib ki, düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 29 mm, Zaqatala 4 mm, Gədəbəy, Ceyrançöl, Balakən, Şəkidə 2 mm, Qusar, Qrızda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq, şimal-şərq küləyi arabir Culfada 21 m/s, Şahdağda 20 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, Naxçıvan MR-da 33-36, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.