Bıçaqlanan Lotu Qulinin bacısı oğludur: “Qisas alacam”backend

Bıçaqlanan Lotu Qulinin bacısı oğludur: “Qisas alacam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lotu Qulinin bacısı oğlu Maqa Rustavski (Məhəmməd Qurbanov) bıçaqlanıb.
Editor.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə İstanbuldakı restoranların birində baş verib.
Məlumata görə, dostları ilə birgə əylənərkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.
O, təcili xəstəxanaya çatdırılıb. Məlumatlı mənbənin Rusiya KİV-ə istinadla verdiyi məlumata görə, baş verənlərdən Quli bərk qəzəblənib və o, qisas alacağını bildirib.