Gürcü milyarder, ölkənin hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili 2024-cü ilin əvvəlindən 1,13 milyard dollar varlanıb və hazırda onun sərvəti rekord həddə – 7,73 milyard dollar qiymətləndirilir.
Editor.az bildirir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. İndi Bidzina İvanişvili dünyanın ən varlı adamları siyahısında 391-ci yerdədir.
Yada salaq ki, oktyabrın sonunda Gürcüstanda çoxdan gözlənilən parlament seçkiləri keçirildi və bu seçkilərdə hakim “Gürcü Arzusu” partiyası parlamentdə çoxluğu qoruyub saxlaya bildi. Bu isə o deməkdir ki, respublikanın yeni hökumətini təkbaşına formalaşdıracaq.
//Samir Qurbanov, Editor.az