“Bığ saxlamaq istəyirdim, xanım icazə vermədi” – Nazirbackend

“Bığ saxlamaq istəyirdim, xanım icazə vermədi” – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlnan “Şənbə axşamı” verilişinin qonağı olub.

Editor.az Qafqazinfo-ya istinadla xəbər verir ki, nazir verilişdə özüylə bağlı bir sıra maraqlı məqamları da açıqlayıb.

Məlum olub ki, Fərid Qayıbov verilişə telefon zəngi ilə yox, elə sosial şəbəkə vasitəsilə dəvət olunub:

“Çalışıram ki, bütün mesajlara cavab verəm, amma bəzən alınmır. Bəzən şərhlərdə yazırlar ki, inboksu niyə oxumursunuz? Amma mən bütün günü feysbukda ola bilmərəm. Yazılan mesajların çoxunun məzmunu eynidir – çox adam yazır ki, sizin komandanızda olmaq istəyirəm. Əslində, bu, məni sevindirir. Sevinirəm ki, belə aktiv gənclərimiz var”.

F. Qayıbov idmançıların saqqal saxlaması məsələsinə də münasibət bildirib:

“İndi saqqal çox populyardır. İndi bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox? Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”.