“Russian PMC Wagner” cinayətkar təşkilatının lideri Yevgeni Priqojinin ölümündən sonra Rusiya Federasiyasının digər nüfuzlu hərbi liderinin – Çeçenistan rəhbəri Ramzan Kadırovun tezliklə “yoxa çıxa” biləcəyini yazıb.
Editor.az bildirir ki, bu barədə “Bild” avqustun 29-da rusiyalı müxalif siyasətçi, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkova istinadən yazıb. Onun fikrincə, Rusiya təhlükəsizlik aparatının diqqəti indi onun mövcudluğunu təhdid edən digər nüfuzlu şəxslərə yönələcək.
“Bild” qeyd edir ki, Kadırov uzun müddət Priqojinin müttəfiqi hesab olunub və Rusiya Müdafiə Nazirliyinə qarşı münaqişədə ona dəstək verib. Qudkov “Rusiya dövlətçiliyinin ən böyük əleyhdarlarından biri” olduğu üçün “Kadırovla da münaqişənin olacağına” əmin olduğunu bildirib. Xüsusilə, Çeçenistan rəhbərinin “yaxşı təlim keçmiş öz ordusu var” və o “təhlükəsizlik aparatından kənarda böyük təsirə malikdir”, – müxalifətçi vurğulayıb.
Avqustun ortalarında Britaniya kəşfiyyatı bildirmişdi ki, Kadırov Rusiya Federasiyasının işğalçı ölkəsinin prezidenti Vladimir Putinin tərəfdarı kimi “nüfuzunu gücləndirməyə” çalışır.
//Samir Qurbanov, Editor.az