Biləsuvarda 35 yaşlı kişi avtomobilində güllələndibackend

Biləsuvarda 35 yaşlı kişi avtomobilində güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda güllələnmə hadisəsi baş verib.

Editor.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, iyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi “Mercedes” markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.